13 Mayıs 2014 Salı

     Bu gün sizə öz müalicəmdən danışacam. Müalicəmə 28 aprel 2014-cü ildə başladım. Həkimim mənə ilk ayı 30 mg doza təyin etdi. Səhər saat 9-da yeməkdən sonra 20 mg kapsula, axşam saat 9-da yeməkdən sonra isə 10 mg kapsula qəbul edirdim. 9 gündən sonra yenə həkimin müayinəsinə getdim və həkimim dozanı qaldırdı. Artıq səhər də, axşam da 20 mg kapsula qəbul edirəm. Hər səhər oyanıram, üzümü OTAL sabunu ilə yaxşıca yuyuram (soyuq su ilə), üzümü qurulayarkən heç bir dəsmaldan istifadə etmirəm, qətiyyən olmaz,
salfetlə silirəm üzümü, sonra 0.05%-li Xlorqeksidin suyu ilə silirəm və 20 dəqiqə sonra isə Klindaçin T gelini üzümə vururam. Gün ərzində başqa heç bir şey vurmuram üzümə. Axşam da işdən evə qayıtdığımda çimirəm və yenidən eyni şeyləri edirəm. Unutmayın bu müalicədə ən önəmli şeylərdən biri də təmizlikdir.
    İndi isə sizlə 28 aprel 2014-cü ildə çəkdirdiyim şəkli paylaşacam. Müalicəyə başlamazdan əvvəl üzümün necə olduğunu görməniz üçün:


  




       ROACCUTANE 16.gün
    Artıq bu gün əks təsirləri yavaş yavaş hiss edirəm. Səhər oyandığımda az da olsa gözlərimin quruduğunu hiss etməyə başladım. Heç də xoş hiss deyil. Günəşin şüaları yorur məni. Amma hələ ki gözlərimə göz yaşı istifadə etmirəm, tezdir hələ.
     Dodaqlarım da daha çox qurumağa başlayıb. Səhər oyananda elə də incitmirdi amma günortaya doğru ağrılar hiss etməyə başladım. Dodağımın üzəri soyulmağa başlayır. Bu da yemək yeyərkən mənə əziyyət verir, incidir. Amma axşamlar yatmazdan əvvəl nəməndirici pamada çəkirəm, səhəri dodaqlarım çox yaxşı olur onda.
    Üzümdə də quruluq gedərək artır. Amma dözülməz deyil. Hətta üzümün qurumasına sevinirəm. İnşallah çox quruyar və qabıq bağlayaraq soyulmağa başlayar tez bir zamanda. 
    Üzümdə 4 ədəd fərqli-fərqli yerlərdə bir neçə gündür ki təpəcik kimi qırmızı rəngli, ucu olmayan aknelər (sivilcələr) əmələ gəlib. Belə bir akne (sivilcə) 5 gün əvvəl burnumun sağ yanında da əmələ gəlmişdi amma bir səhər oyandım ki o təpəcik yoxa çıxıb və onun əvəzinə o birilərdən bir az böyük bir qara nöqtəyə şevrilib.
    Burnumun üzərindəki xırda qara nöqtələr qabarmağa başlayır.
    Bunlardan başqa üzümdə olan aknelər (sivilcələr) quruyub və hamısı yara qərtməyi şəklində quru vəziyyətdədir. 
    Ayrıca səhərlər oyananda üzüm o qədər gözəl olur ki, parıldayır. Səhərlər heç bitməsin iştəyirəm o zaman :) 
    Bu dərmanı qəbul etməzdən əvvəl internetdə o qədər qorxunc şeylər oxudum ki. Bunlardan biri də guya bu dərmanı qəbul edənlər depresiyaya düşür, bütün günü heç səbəbi olmadan ağlayır, intahar edə bilər və s. Amma inanın mənə bunlar boş şeylərdir. Bu müalicəyə başlamazdan əvvəl çox pis günlər keçirirdim və ağlamadan yatmadığım gün olmurdu. İşdə bütün günü əsəbi olurdum. Müalicəyə başlayıb Roaccutane içdiyimdən bu günə qədər o qədər əsəblərim yerimə düşüb ki, o qədər rahat olmuşam ki, nə ağlamaq? heeeç ürəyimdən ağlamaq keçmir. Əksinə gülmək keçir ürəyimdən :) yəqin ki bu dərman mənim əsəb sistemimə fərqli təsir edir.
     Bu günlük bu qədər. Sabah görüşənə qədər...
   


5 yorum:

  1. bu dermani hekim mesleheti olmadan elde etmek mumkundur?

    YanıtlaSil
  2. bu dermani hekim mesleheti olmadan elde etmek mumkundur?

    YanıtlaSil
  3. Roaccutane mazın haradan elde etmek olar ? Mumkunse yazardınız

    YanıtlaSil
  4. Apteklerde satılır super dwrmandı mende ıstıfade edırem

    YanıtlaSil
  5. Ama hekımle medlehetlewın bıraz aqır dermandı hamılelıkde ve ya hamılelıkden once olmaz

    YanıtlaSil