12 Mayıs 2014 Pazartesi

   Salam… Mən Elnarə… 
   Bu səhifəni sizlər üçün yaratdım...
   Hal-hazırda bu yazdıqlarımı oxuyursunuzsa, əminəm ki, sizin də aknelərlə (sivilcələrlə) probleminiz 
var. İndiki dövrümüzdə bu xəstəlikdən əziyyət çəkən minlərcə insan var. Mən də bunlardan biriyəm. Hələlik ki :) 
 İllərdir üzümdəki ləkələrdən, qızartılardan, qara nöqtələrdən, irinli aknelərdən (sivilcələrdən) canımı qurtara bilmirəm. Özümü bildim-biləli bunlarla yaşayıram, yəqin ki,10 il olar.
    Hər həkimə getdim.Bütün analizlərdən keçdim. Hər müalicəyə əl atdım. Lasyonlarla, kremlərlə böyüdüm amma bu cəza bitmədi ki bitmədi. Və sonda Türklər demiş "pes etdim" . 
    Adi günlərdən biri idi. Yenə həmişəki kimi işdə oturub internetdə başımı qatıb vaxtımı keçirməyə çalışırdım və youtube.com saytında təsadüfən bir videoya rast gəldim. Marağımı çəkdi, baxdım. Video  ROACCUTANE adlı, dünyada məhşur olan bir akne (sivilcə) dərmanından bəhs edirdi. Əlbətdə ki bu video ilə yetinmədim və google.com üzərindən dərmanı araşdırmağa başladım. Onsuz da vaxtımın keçməsi üçün bir məşğuliyyət axdarırdım :) . 
    İnternetdə ROACCUTANE haqqında bütün hər şeyi araşdırdım və oxudum. Rusiyada və Türkiyədə (ancaq bu dilləri bildiyim üçün) bu dərmanı istifadə edənlərin hansı nəticələrlə qarşılaşdığını oxudum və sonda bu dərmanla müalicə olunmaq qərarına gəldim.
    İlk öncə bu sözləri altını çizə-çizə vurğulayım ki; "ROACCUTANE çox güclü dərmandır, hər adam bu dərmandan istifadə edə bilməz, mütləq həkim nəzarətində olunmalıdır və 100%-li effektli preparatdır".
    Mövzuya davam edəcəm amma ilk öncə sizi ROACCUTANE ilə qısaca tanış edim; 

    ROACCUTANE HAQQINDA
    Roaccutane ilk olaraq 1980-ci ildə çıxmış,1982-ci ildə isə Avropa və Amerika daxil olmaqla yanaşı istifadəsinə icazə verilmişdir.
    Roaccutane bu günə qədər 12 milyondan çox insan tərəfindən istifadə edilmiş və 100%-li nəticə vermişdir.
    Roaccutane 10 mg və 20 mg yumşaq jelatin kapsuladır.
    Roaccutane çox təsirli və ağır bir akne (sivilcə) dərmanıdır. Aknelərin (sivilcələrin) müalicəsində ən sonuncu və 100%-li nəticə verən bir dərman olaraq bütün dünyada bilinir və qəbul edilir.
    Bu müalicəyə başlamaq qərarını siz özünüz verməlisiniz.Çünki dərmanın çox əks təsirləri vardır: 
 1. Əgər düzgün istifadə edilməzsə dərman qaraciyərə güclü təsir edə bilər.
 2. Güclü baş ağrıları ola bilər.
 3. Burun içi quruyur, yara olur və qanayır.
 4. Cild çox quruyur və qabıq bağlayır.
 5. Saç tökülmələri ola bilər.
 6. Göz quruluğu olur və zaman-zaman artır.
 7. Bir müddət sonra gözlərdə görmə zəifləyə bilər.
 8. Əllərin üzərində quruluqdan qırmızı eqzemalar əmələ gələ bilər.
 9. Gün boyu yuxusuzluq, yorğunluq halları ola bilər.
 10. Dodaqlar şişir, quruyur, çartlayır, qızarır və yanır.
 11. Depressya, əsəb pozğunluqları, səbəbi olmadan ağlamaq kimi psixoloji təsirləri vardır.
 12. Bel, boyun, ayaq və oynaqlarda sümük ağrıları ola bilər.
    Bunlarla bitmədi, əlbətdə ki Roaccutane kimi güclü bir dərmanın bundan başqa da əks təsirləri var. Ən önəmli olan da bu müalicəni olduğun müddət və müalicədən sonra 1 il yarım kimi müddətdə qətiyyən hamilə qalmaq olmaz. Ona görə bu müalicəyə başlamaq qərarını ancaq və ancaq siz özünüz verməlisiniz.
    Bu əks təsirlərin hamısı müalicə bitdikdən sonra zamanla əvvəlki vəziyyətinə dönür və hətta əvvəlkindən də yaxşı olur. Ona görə bu əks təsirlərin heç biri sizi qorxutmasın. Əminəm ki bir necə ay bu əziyyətə dözmək olar nəinki bir ömür boyu bu üzdəki iyrənc irinlərə dözmək.
    Əks təsirlərindən birinin də əgər düzgün istifadə edilməzsə, həkim nəzarətində olmazsa dönüşü olmayan bir qaraciyər zədələnməsinə gətirib çıxarar. Yox əgər düzgün istifadə edilərsə onda qətiyyən heç bir qorxusu yoxdur. Bu günə qədər də görülməmişdir. Əlbətdə ki, bu dərmanla müalicəyə başladınsa həm də diyeta tutmalısan. Bu diyetanı da araşdırdım və sizlərlə də paylaşmaq istəyirəm:

    QARACiYƏR QORUYUCU DiET
    Yediyiniz şeyləri yavaş yeyin və yaxşı çeynəyin.
    Yeməklərin və içkilərin çox isti və ya soyuq olmamasına diqqət edin.
    Az və sıx qida qəbul edin.
    Siqaret çəkməyin, spirtli içki içməyin və saqqız çeynəməyin.
    Bol maye için (gündə 2 ltr-2.5 ltr).
    Yeməklərdəki və süfrədəki duzun miqdarını azaldın.
    Tərkibinin nə olduğunun bilinməyən hazır qidalar yeməyin.
    Çox yağlı, acı, şirin, duzlu, turş yeməyin.
    Meyvənin suyunu içmək əvəzinə meyvənin özünü qabığı ilə birlikdə yeyin.
    Həftədə ən az 2 gün balıq yeyin.
    Qızartma yeməklərdən uzaq durun.
    Süd məhsullarının yağsızını (light) tərcih edin.
    Mayonez, ketçap, şokolad, krem, dönər, çipsi, qazlı sular, fındıq-fıstıq kimi şeylər, çox yağlı şirniyyatlar yeməyin.
    Çox yağlı qırmızı ət, içliklər (qaraciyər, beyin, böyrək, dil, dalaq, ürək), toyuq dərisi, kolbasa, sosiska, basdırma kimi şeylər yeməyin.
    Çörək və taxıllar: hamısı sərbəst.
    Yumurta: həftədə 1 ədəddən artıq olmaz.
    Pendir: az yağlı və 2 kibrit qutusu böyüklüyündə.
    Tərəvəz: bol yeyin.
    Meyvə: hər növ meyvə olar.
    Şirniyyatlar: az yağlı və az miqdarda olmaq şərtiylə.
    İçkilər: kimyəvi qatqısı olmayan və qazsız, spirtsiz olmalı.
    Yağlar: ancaq bitki yağları olar və az bol olmamaq şərtilə.
    Kofe: qətiyyən olmaz.
    Çay: yaşıl çay məsləhətlidir, zərər verməz.
    Turşu (tutma): bu kimi asitli qidalar olmaz.

     Xülasə, bunlar müalicəyə başlamazdan əvvəl araşdırdığım məlumatlardır. Bütün interneti alt üst etdim və müalicəyə başlamazdən əvvəl özümə bir LİSTƏ hazırladım. Artıq hər şeyi gözə almışdım, hər əziyyəti çəkməyə özümü hazırlamışdım. qalmışdır sadəcə bir məsəslə; Azərbaycanda bu dərman varmı və bu dərmanla içləyə bilən həkim varmı. Başladım araşdırmağa. Özüm aptek daxilində işlədiyim üçün aptek işlərinin içindəyəm, ona görə də
elə başlanğıc olaraq dərmanın Azərbaycanda olub olmadığı ilə maraqlanmağa başladım. Bütün tanınmış apteklərə zəng etdim. Hansı aptekə zəng etdimsə bu dərmanın onlarda olmadığını, nəinki aptekdə hətta firmada belə olmadığını dedilər. Sonunda inad etdim və tapdım. AVİS aptek bu dərmanı Azərbaycana gətirən tək aptekdir. Axır ki dərmanı tapdım. Bu dərman Azərbaycana gəlirsə demək ki bu dərmanla işləyən həkimlər var. Avisdə yaxın adamım işlədiyi üçün bu həkimi tapmaq mənim üçün heç də çətin olmadı. Bir zəngimlə Roaccutanla işləməyi bacaram ən yaxşı həkimi tapdım. Vaxt itirmədən həkimlə görüşə yazıldım və qəbuluna getdim. Otağa keçdim və həkim mənnən nə üçün gəldiyimi soruşanda, mən: " mən Roaccutanla müalicə olunmaq istəyirəm və Azərbaycanda bu dərmanla işləməyi bacaran ən yaxşı həkimin siz olduğunu araşdırdım tapdım" - deyəndə həkim nəsə duruxdu. Çünki indiyənə qədər heç kim öz ayağı ilə Roaccutane müalicəsinə gəlməyib. 
     Həkim məni analizləri verməyə göndərdi, bütün analizlərdən keçdim və düz 1 həftə analizlərin cavabının necə çıxacaxını və həkimin mənə bu müalicəni yazıb-yazmayacağını gözlədim. Ürəyim partladı gözləyənə qədər :)
     Və nəhayət 1 həftə keçdi və yenidən həkimə getdim. Bütün analizlərimin cavabı əla çıxdı, tam olaraq bütün orqanlarım sağlamdır. Sadəcə məni düşündürən bir şey oldu. Mən bu günə qədər çox həkimlərə getdim və hansı həkim üzümə baxırdısa üzümdə GƏNƏ (el dilində) olduğunu deyirdi. Amma heç biri analiz götürmürdü. Həkim məni gənə analizinə göndərəndə getdim və kipriyimdən,üzümdən analiz alındı. Yanımda dəfələrlə yoxladılar və üzümdə heç bir gənənin olmadığını dedilər. Hətta özləri də buna inana bilmədilər. Çünki üzümdəki bütün əlamətlər gənənin əlamətləri idi. Və beləcə üzümdəkinin gənə yox sadəcə AKNE (SİVİLCƏ) olduğunu öryəndim. Ba buna çox sevindim :) ...Bunları sizə ona görə yazıram ona görə ki, analizdən keçməmiş qətiyyən üzünüzdəkilərin nə olacağını bilə bilməzsiniz. Bu mümkün deyil. 
     Əlbətdə ki bunu bildikdən sonra aknenin (sivilcənin) də nə olduğunu araşdırdım. Sizlər üçün bu məlumatı da paylaşım:
     AKNE (SiViLCƏ)
     Çox sıx qarşılaşdığımız cild xəstəliklərindən biri olan akne (sivilcə), yağ vəzlərinə aid bir xəstəlikdir və əsasən yetkinlik dövürlərdə başlar, müalicə edilmədiyi təqdirdə qalıcı izlər buraxa bilər. Dərinin yağ əmələ gələ biləcək baxımından yüksək olan bölgələrdə çıxar və dəridə qırmızı akne (sivilcə), kist, qara nöqtə şəklində özünü göstərir.
Çox hallarda 12-20 yaşlarda ortaya çıxsa da, həm qadınlarda, həm də kişilərdə hər yaşda görüləbiləcək bir xəstəlikdir. Indiki dövrümüzdə insanların 80%-də bu xəstəlik vardır.
     Yetkinlik dövründə cild altındakı yağın miqdarı artar və yağ vəzləri pozular. Yağ vəzlərinin kanallarında bir tıxac əmələ gələr və bu tıxacın başı sərtləşib qaralar (qara nöqtələr). Bəzən kanal tıxalı olduğu halda vəzlər yağ istehsal etməyə davam edər beləliklə içi yağ dolu bir kist əmələ gələr. Nəticədə cilddə iltihablı, qırmızı şişlər əmələ gələr.
Akne (sivilcə) qızarar, şişər, iltihab əmələ gətirər, uzun bir zaman keçsə belə partlayar və içindəkilər xaricə axar.
Aknenin (sivilcənin) fərqli növləri vardır. Bəzən qara və ya ağ nöqtələr şəklində görünür. Bu çox hallarda xəstəliyin yüngül forması hesab edilir. Bəzən də ağrı hissi verə bilən böyük və sərt kistlər şəklindədir. Iltihablı sivilcələr də vardır.
     Günəş işığı aknelərin (sivilcələrin) yaxşılaşmasını asanlaşdırır. Ancaq uzun müddət günəşdə qalmaq cilddə ləkələr əmələ gətirə bilər. Həm də tərləmək akneləri (sivilcələri) artırar.
     Akneləri (sivilcələri) gizlətmək üçün mövbə-növ makiyajlardan istifadə etmək xəstəliyin daha da pisləşməsinə yol açar və akne (sivilcə) artar. Çünki dəridəki məsamələr makiyajla tıxanır və cild nəfəs ala bilməyib pozulur.
Stres və fikir də aknenin (sivilcənin) artmasına səbəb olur. Stres tələbələrdə imtahan zamanlarında artar. Bu vaxtlar aknelər (sivilcələr) də artmağa başlayar. 
     Xanımların menstruaçiya dövürlərində də aknelər (sivilcələr) arta bilər. Çünki hormonun miqdarı dəyişdiyi üçün akneləri (sivilcələri) əmələ gətirir.
     Var olan akneləri (sivilcələri) sıxmaq, vəziyyəti daha da ağırlaşdırır. Həm cildə zərər verir, həm də akneləri (sivilcələri) artırır. Sıxıldıqdan sonra dəridə yara vəziyyətində iz qala bilər. Sağalması da uzun müddət alır.
Akne (sivilcə) müalicəsi uzun müddətli olur və gec sağalır. Müalicəyə gec cavab verən bir cild xəstəliyidir. Səbirli olmaq lazımdır və mütləq həkimə müraciət etmək lazımdır.

      Artıq mən Roaccutane müalicəmə başlamışam. Belə qərara gəldim ki, bu müalicənin hər gününü mənim üzümdə nələr baş verdiyini sizlərlə paylaşım, bəlkə də sizin də bu müalicəyə başlayıb üzünüzün təmizlənməsinə köməkçi ola bilərəm. 
      Şəkillər də paylaşacam və sizə bu müalicəni gün olaraq yazacam.

P.S. Bütün suallarınızı asanlıqla yaza bilərsiniz. Sizə əlimdən gələn köməyi etməyə hazıram...












6 yorum:

  1. Salam xanim.bilmek olar hansi hekimin yanina gedirsiniz?

    YanıtlaSil
  2. Salam.mən ulka.
    Mən məndə 1həftədi başlamişam
    Belkədə 10kasmitoloqa getdim xeyri olmadi.10ildi eziyyet çəkirem.

    YanıtlaSil
  3. Uzum sepgi bir az var idi uc bes cox az idi sadece qorxdugumdan hekime getdim hekimde mene bu dermani verdi dedi evlisinizse istifade etmeyin subaysizsa edin .mende aldim ancaq bir kapsula icdim sonram internetden yan etkilerini oxudum day atmiram qorxdum

    YanıtlaSil
  4. Uzum sepgi bir az var idi uc bes cox az idi sadece qorxdugumdan hekime getdim hekimde mene bu dermani verdi dedi evlisinizse istifade etmeyin subaysizsa edin .mende aldim ancaq bir kapsula icdim sonram internetden yan etkilerini oxudum day atmiram qorxdum

    YanıtlaSil
  5. Salam xanim hansi hekimin yanina gedirsiz?

    YanıtlaSil