10 Haziran 2014 Salı

    ROACCUTANE 45.GÜN
Bu gün yenə həkimə getdim...
Kim məni görürsə üzümün təmizləndiyini, daha canlı olduğunu, ağardığını deyir. Özüm də təmizləndiyini hiss edirəm amma bu gün həkim baxanda "xoşum gəlmədi, üzün bunnan da təmiz olmalıdı"-dedi. Pis olmadım əslində,demək ki, bu dərman çox güclüdür. Buna sevindim.
İndi gəliy mənim müalicəmə. Artıq 1 ay 14 gündür ki Roaccutane dərmanını içirəm. Hal hazırda daxili olaraq vəziyyətim əladır. Səhər kaşa yeyirəm (Nesquik Fitnes) dərmanımı içirəm, günorta hər nə olsa allah verəndən amma ev yeməyi olmaq şərti ilə (abur-cubur olmaz) yeyirəm və axşam da yenə kaşa (Nesquik Fitnes) yeyirəm və dərmanımı içirəm. Gün ərzində 40mg doza içirəm (səhər 20mg, axşam 20mg). Gün ərzində 3LT su içirəm. İçməzsəm dilim-ağzım quruyar. Dərman ifrat dərəcədə susuzluq yaradır. Günlük meyvəmi də yeyirəm.
Başqa baş ağrısı, yorğunluq, sümük ağrıları kimi heç bir narahatçılığım yoxdur. Ara-sıra çimərkən burnumu təmizləyəndə az qan laxtası əmələ gəlir. Bu normaldır: burun qanaya bilər. Dodaqlarım fəna halda quruyur, qabuq bağlayır və soyulur. Dodaqlarım dəhşətli dərəcədə fəna haldadır. Amma həkimim bunun normal olduğunu və qorxulu heç bir şey olmadığını dedi.
Üzümün vəziyyəti mənə görə yaxşıdır, yəni əvvəlkindən yaxşıdır. Şəkildən də gördüyünüz kimi mənim ən çox çənəmdə aknelər (sivilcələr) vardı. Amma indi heç çənəmdə heç bir şey yoxdur. Sadəcə çox az qızartı var o qədər. Hələ ki quruma azdır üzümdə. Əvvəllər çox olurdu çənə hissəmdə quruma, qabığ əlindən çənəmi görmək olmurdu. Amma indi nə qabıq vaaaar nə də ki akne (sivilcə).
Birdə ki, axşamlar "ЯМ" mazını çəkirəm və ən azı 3 saat saxlayıram üzümdə.
Bu gündən bu qədər...

11 yorum:

  1. Salam xanım bilmək olar siz hansı həkimə gedirsiz?

    YanıtlaSil
  2. Məndədə eynilə sizin üzvüz kimi sivilcəlidi amma gedur gəlir, axır vaxtda çənəmdə lap çoxalıb klindaçin t çəkirəm görəkdə nolacaq ama mən sənnən fərqli olaraq heç üzümə görə həkimə getməmişəm .ama o dərmannan istifadə edə bilmərəm çünki bilirəmki baxtı vaxtında həkimə gedə bilməyəcəm inşallah yaxşı olar sənədə uğurlar.

    YanıtlaSil
  3. salam menede hekim o dermandan yazib ama qorxuram icmeye(( .analizlerimin cavabini gozleyirem insallah yaxsi netici olar baslayaram mualiceme .siz ureklendirdiz meni.

    YanıtlaSil
    Yanıtlar
    1. Salam hansı həkimə gedirsiz imkansa yazardız

      Sil
  4. Salam.siz hansi hekime gedirsiniz?mumkunse adi ya nomresi

    YanıtlaSil
  5. Salam xanim dermanin qiymeti neciyedir bilmek olar

    YanıtlaSil
  6. Salam xanimlar yaxsi olarki qiymetini yazasiz onceden tesekkurler

    YanıtlaSil
  7. Mende bu dermandan qebul edirem artiq 2ci aydir.amma mende aybawi pozqunluqu yarandi.bu dermandab ola biler

    YanıtlaSil
  8. Mende bu dermandan qebul edirem artiq 2ci aydir.amma mende aybawi pozqunluqu yarandi.bu dermandan ola biler?

    YanıtlaSil
  9. Salam Xanimlar. Hekimin ve klinikanin adini ve unvanini yaza bilersiz?

    YanıtlaSil